InShot_20240917_230624369

Türkiyədə professorun meyiti  zibilxanadan tapılıb.

Xeber4.azNTV“yə istinadən xəbər verir ki, zibillikdə növbətçilik edən bələdiyyə işçiləri çəlləyin içərisində əlləri və ayaqları bağlı çılpaq kişi meyiti tapıblar.

Hadisə yerinə jandarma cəlb edilib.

Məlum olub ki, ölən şəxs Səlcuq Universitetinin təqaüdçü professoru Səlahəddin Doludeniz olub.

Professorun cəsədi Mersin Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.

Təqaüdçü professorun oğlu isə şüphəli qismində həbs edilib. O, polisə verdiyi ifadəsində şüphəlinin bir müddət atası ilə pis münasibətdə olduğunu, buna görə də qısa müddətə evdən ayrıldığını söyləyib. Lakin geri qayıtdıqda isə atasını evdə ölü tapdığını bildirib. Oğlu daha sonra atasının cəsədini barabana qoyub ticarət taksisi ilə Bozyazıdakı zibil sahəsinə qoyub.

Meyitin ilkin müayinəsində deşici və kəsici alət izlərinə rast gəlinməsə də, ölümün səbəbinin Məhkəmə Tibb Ekspertizasından sonra müəyyən olacağı bildirilib.

Ölən professor Səlahəddin Doludeniz

Professorun oğlu