
Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yerləşdirdiyi videomüraciətdə ABŞ ilə nadir torpaq metalları sövdələşməsində “ədalətli nəticəyə” ümid etdiyini bildirib.
Xeber4az “Report” a istinadla xəbər verir ki, dövlət başçısı saziş layihəsi üzərində işin davam etdiyini vurğulayıb.
“Ukrayna və ABŞ komandaları hökumətlərimiz arasında saziş layihəsi üzərində işləyir. Mən nəticəyə, ədalətli nəticəyə ümid edirəm”, – Zelenski qeyd edib.