
ABŞ Prezidenti Donald Tramp hal-hazırda dezinformasiya içindədir və Kiyev istərdi ki, Amerika liderinin komandası Ukrayna haqqında daha çox həqiqəti bilsin.
Xeber4az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski alman jurnalist Sandre Mayşberqerə müsahibəsi zamanı deyib.
Ukrayna lideri Ağ Ev rəhbərinin V.Zelenskinin populyarlıq reytinqinin dörd faiz təşkil etməsinə dair fikirlərinə cavab verib. Siyasətçi vurğulayıb ki, yayılan sorğunun nəticələri əhalinin Zelenskiyə etimad səviyyəsinin xeyli böyük olduğunu göstərir:
“Dörd faizlik dezinformasiyanın Rusiyadan gəldiyini başa düşürük. Bu rəqəmlərin ABŞ və Rusiya arasında müzakirə edildiyinə dair sübutlarımız var. Təəssüf ki, Tramp bu dezinformasiya qovuğu içində yaşayır”.