
Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən qarşılanma mərasimində maraqlı anlar yaşanıb.
Xeber4az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
“Qarşılama mərasimində diqqəti çəkən detallardan biri də Ərdoğanın Qərbin tək qoyduğu Zelenski ilə çətirini bölüşməsi oldu”, – nəşr vurğulayıb.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna liderini Prezident sarayında qəbul edib. Türkiyə prezidenti həmkarını sarayın girişində qarşılayıb. Ərdoğan və Zelenski Türkiyə və Ukrayna bayraqları qarşısında şəkil çəkdiriblər.