zelenskiii

Ukrayna lideri Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdəki mübahisədən sonra ilk bəyanatını yayımlayıb.

Xeber4.az  xəbər verir ki, bu haqda prezident sosial şəbəkədə yazıb.

“Təşəkkürlər, Amerika, dəstəyiniz üçün təşəkkürlər, bu səfər üçün təşəkkürlər. Prezidentə, Konqresə və Amerika xalqına minnətdaram. Ukraynaya ədalətli və davamlı sülh lazımdır və biz bunun üçün çalışırıq”, – deyə Zelenski qeyd edib.

Qeyd edək ki, Zelenski və Trampın Ağ Evdə keçirilən görüşü zamanı tərəflər arasında gərginlik yaşanıb və görüş yarımçıq sonlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir