parad

8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda hərbçilərin iştirakı ilə yürüş keçirilib.

Xeber4.az xəbər verir ki, hərbi orkestrin müşayiətilə keçirilən yürüş paytaxtın beş istiqamətindən başlayıb və öncədən təyin olunan məntəqələrdə yekunlaşıb.

Yürüş zamanı hərbi marşlar ifa olunub, hərbçilər “Hər şey vətən üçün!”, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarını səsləndiriblər.