InShot_20241006_175740678

Zaqatala rayonun Yuxarı Tala kəndində qarışıq mallar mağazasının anbarında yanğın baş verib.

Xeber4.az “Oxu.az”a istinadən xəbər verir ki, Anar Qurban oğlu Qurbanova məxsus, ümumi sahəsi 250 kvadratmetr olan birmərtəbəli mağazanın dam örtüyünün taxta atmaları 75 kvadratmetr sahədə, içərisində ərazaq malları 65 kvadratmetr sahədə və 3 ədəd soyuducu yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Mağazanın qalan hissəsi isə yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.