InShot_20241031_221206845

Gədəbəydə yük avtomobili aşıb, ölən və yaralanan var.

Xeber4.az “Report”a istinad edərək xəbər verir ki, hadisə Ərtəpə kəndində qeydə alınıb.

“QAZ-53” markalı yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sərnişin, 49 yaşlı Məzahir Bağırov dünyasını dəyişib.

Avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Kamil Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma davam edir.