Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizamii rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Xeber4.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Qeyd edək ki, bir neçə dəqiqə əvvəl Yasamal rayonu, Əsəd Əhmədov küçəsindəki yaşayış binasında da yanğın olub, qısa müddətdə söndürülüb.