IMG-20241130-WA0011

Yaponiyanın Nansey adaları yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.

Xeber4.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 34,3 min nəfərin yaşadığı Hirara şəhərindən 93 km şimal-şərqdə olub. Zəlzələ 40 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Sunami təhlükəsi elan olunmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir