8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində yürüş keçirilir.
Xeber4.az “OxuAz”a istinadla xəbər verir ki, ərazidə xidmət edən “N” saylı hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi parad hərbi orkestrin sədaları ilə müşayiət olunub.
Həmçinin bayram yürüşündə yerli ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər və tələbələr də iştirak ediblər.
Zəfər yürüşü Xankəndi şəhərinin zəfər meydanında başa çatıb.