xameyni

İranın Ali Rəhbəri Seyid Əli Xamenei ABŞ-də prezident seçkisindən sonra Donald Tramp administrasiyası ilə danışıqları hökumətə qadağan edib.

Xeber4az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı yazıb.

“Əvvəllər İran hökuməti ABŞ rejimi ilə danışıqlar aparmaq niyyətində idi, indi isə Tramp administrasiyası ilə heç vaxt danışıqlar olmayacaq. Ona görə də biz danışıqlar aparmırıq və bu, qadağandır! Bunu hamı bilsin”, – deyə Xamenei vurğulayıb.