
Xaçmazda fiziki qüsurlu kişi döyülüb.
Xeber4.az “Unikal”a istinadən xəbər verir ki, hadisə rayonun Köhnə Xaçmaz kəndində qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü Akif Qədirov naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb.
Qeyd edək ki, A.Qədirov mənzildə tək yaşayır. Keçirdiyi xəstəlikdən fiziki qüsurludur.
O, qardaşı tərəfindən xəstəxanaya çatdırılıb.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.