vO5Ap7UB9oyLYqKAEQTle53tyt1HABb47TSga4HU_1200

Hava Hücumundan Müdafiə Qüvvələri gecə saatlarında Rusiyanın Volqoqrad vilayəti ərazisinə pilotsuz uçuş aparatlarının (PUA) hücumunu dəf edib. PUA-nın düşməsi nəticəsində yanğın baş verib.

Xeber4.az xəbər verir ki, bu barədə rayon administrasiyasının “Telegram” kanalında məlumat verilib.

“Rusiya Federasiyası Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri Marinovka rayonunda Volqoqrad vilayətinin ərazisinə PUA-nın hücumunu dəf edib, pilotsuz təyyarələrin əksəriyyəti məhv edilib”, – deyə bölgənin qubernatoru Andrey Boçarov bildirib.

PUA-nın düşməsi nəticəsində Müdafiə Nazirliyinin obyektinin ərazisində yanğın baş verib. Ölən və yaralanan yoxdur.

Volqoqrad hava limanının onlayn şurasının məlumatına görə, üç Volqoqrad-Moskva reysi, bir Volqoqrad-Perm reysi və üç Moskva-Volqoqrad reysi təxirə salınıb. Bölgədə hava məkanından istifadəyə qoyulan məhdudiyyətlər barədə rəsmi məlumat yoxdur.