
Rusiya prezidenti Vladimir Putin ad günündə görəcəyi işlərdən danışıb.
Xeber4.az “Ria Novosti”yə istinadən xəbər verir ki, dövlət başçısı bildirib ki, ad günündə MDB ölkələrinin liderləri ilə bir sıra işgüzar görüşlər keçirməyi planlaşdırır.
Belə ki, oktyabrın 7-si iş günü olacaq. Günün birinci yarsında görüşlər jurnalistlər üçün qapalı olacaq. Axşam vaxtı isə MDB ölkələrinin liderləri Birlik sammitini keçirmək üçün Moskvaya gələcəklər.
Bunlarla yanaşı, Putinin bayram həftəsində Təhləsizlik Şurası ilə görüşü planlaşdırılır.
Prezidentin mətbuat katibi Dmitri Peskov da dövlət başçısının ad günündə işləyəcəyini təsdiqləyib. Onun sözlərinə görə, heç bir bayram tədbiri planlaşdırılmır:
“Xüsusi bayram heç nə olmayacaq. Onun səhər saatlarında qapalı, ictimai olmayan iş görüşləri olacaq. Axşam MDB dövlət başçıları prezidentlə görüşəcək. Biz sizə əlavə məlumat verəcəyik”.
Qeyd edək ki, bazar ertəsi, oktyabrın 7-də Putinin 72 yaşı tamam olacaq. Əvvəlki illərdə də Rusiya Federasiyasının prezidenti bayramı dövlətin daxili və xarici məsələlərini həll etməklə keçirib.