
Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski paytaxt Ankarada Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib.
Xeber4az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Daha sonra Zelenski Ankarada ölkəsinin yeni səfirlik binasının açılış mərasimində iştirak edib.
Açılışı mərasimində nitq söyləyən V.Zelenski ABŞ və Avropa İttifaqı dövlətlərindən müharibəni bitirmək üçün təhlükəsizlik zəmanəti istəyib.
“Ukrayna müharibənin diplomatiya yolu ilə və qan tökülmədən həllini istəyir, lakin heç vaxt ərazi bütövlüyü və suverenliyinə güzəştə getməyəcək”, – deyə Ukrayna lideri vurğulayıb.