
Ukrayna ordusu rus hərbçilərini Donetsk vilayətinin Pokrovsk şəhəri yaxınlığındakı Pesçanoye yaşayış məntəqəsindən çıxarıb.
Xeber4az xəbər verir ki, bu barədə “Xortitsa” əməliyyat-strateji qruplaşmasının zabiti Viktor Trequbov məlumat yayıb.
Onun sözlərinə görə, həmin ərazidə uzun müddətdir döyüşlər gedirdi və kənd əldən-ələ keçdiyindən “boz zona” hesab olunurdu.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 13-də verdiyi məlumatda Donetsk vilayətinin Pesçanoye yaşayış məntəqəsinin ələ keçirildiyini bildirmişdi.