Ukrayna hərbiçiləri ilk dəfə müharibənin 1000-ci günündə Rusiya ərazisini vurmaq üçün ABŞ-nin raketlərindən istifadə edib.
Xeber4.az “Reuters”ə istinadən xəbər verir ki, Ukrayna ordusu Rusiya hərbiçiləri tərəfindən Bryansk vilayətində yerləşən hərbi obyektə atılan 6 raketdən, 5-ni zərərsizləşdirib.
Bir raketin düşməsi nəticəsində obyektdə yanğın baş verib, lakin itki olmayıb.
Co Bayden Ukraynanın Rusiyaya qarşı ABŞ-nin verdiyi raketlərdən istifadə etməyə icazə verib.
Moskva buna cavab olaraq bildirib ki, ABŞ-nin bu addımı Vaşinqtonu müharibənin iştirakçısına çevirə bilər.
Xatırladaq ki, Vladimir Putin Vaşinqtona xəbərdarlıq etmək məqsəd ilə yeni nüvə doktrinasını imzalayıb.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp isə ölkəsinin vaxtıykən Ukraynaya yardımını tənqid edərək, müharibənin tezliklə bitirməyə çalışacağını bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski isə 2025-ci ildə müharibənin diplomatik yolla başa çatması üçün hər şey edəcəyini vurğulayıb.
Qeyd edək ki, 2022-ci fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinin 2024-cü il 19-noyabr tarixində 1000-ci günü tamam oldu. Ukrayna, məhz bu gündə Rusiyaya qarşı ABŞ raketlərindən istifadə edib.