InShot_20241009_200814472

“Kiyev Moskva ilə münaqişəni 2025-ci ildən gec olmayaraq dayandırmağı planlaşdırır”.

Xeber4.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Xorvatiyada keçirilən sammitdə çıxışı zamanı bildirib.

“Döyüş meydanındakı vəziyyət bu seçimi etmək imkanı yaradır; son nəticədə həlledici hərəkətin xeyrinə seçim. Ən gec 2025-ci ilə qədər”, – o qeyd edib.