
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sabah Bakıya səfər edəcək.
Xeber4.az xəbər verirki bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində nazir Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşəcək. Görüş zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlıq sazişinin imzalanacağı nəzərdə tutulur.
Həmçinin, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüş keçiriləcək.
Qeyd edək ki, Mehmet Nuri Ersoy, COP29 çərçivəsində keçiriləcək iclaslarda da iştirak edəcək.