IMG-20241111-WA0025

İstanbulda qeyri-qanuni mərc oyunlarını təşfiq etmə iddiası ilə 23 nəfər şüphəli müəyyən edilib.

Xeber4.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, qanunsuz mərc oyunlarında iştirak etdiyi iddia edilən şüphəlilər arasında müğənni Serdar Ortaç, aparıcı Mehmet Ali Erbil, keçmiş futbolçu Batuhan Karadeniz, sosial media fenomenləri İbrahim Yılmaz, musiqiçi Muzaffer Zorbey Erkoçlar, Sefa Caner Sarıçam və Rusiya-Türkiyə vətəndaşı Aleksandr Mensikof olduğu məlum olub.

İstanbul Polis əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində Mehmet Ali Erbil və Serdar Ortaç da daxil olmaqla, şüphəlilərdən 16-sı saxlanılıb. Digər şüphəlilərin 5-nin xaricdə olduğu, 2-nin isə axtarışda olduğu bildirilib.

Polis bölməsində əməliyyatları tamamlanan 16 şüphəli İstanbul Respublika Prokurorluğu Kompüter Cinayətləri üzrə İstintaq Bürosuna gətirilib.

Qeyd edək ki, məşhur müğənni Serdar Ortaç məhkəmə binasını tərk edərkən mətbuata açıqlama verib: “Çox peşmanam. Bu qumar aludəliyi üzündən evimi, sağlamlığımı və evliliyimi itirdim. “İndi isə məhkəmədəyəm”,-deyə o qeyd edib.

Müğənni “İnsanları mərc və ya şans oyunları oynamağa sövq etmək” ittihamı ilə Sülh Cəza Məhkəməsinin növbətçiliyi tərəfindən ev dustaqlığına məhkum edilib.