qezza

“Tramp Yaxın Şərqdə yeni müharibənin yaranmasına şərait yarada bilər”.

Bunu Xeber4.az-a Türkiyə-ABŞ münasibətlərinin son durumu ilə bağlı açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Espert Türkiyə-ABŞ münasibətlərinin gələcəyinin müsbət olacağını bildirib:

“Andiçməyə qədərki mərhələdə ABŞ-Türkiyə münasibətlərinin gələcəyi ilə bağlı hər iki tərəfdən müsbət mesajlar verilir. Xüsusən Trampın Türkiyəyə dair müsbət motivli açıqlamaları diqqət mərkəzindədir. Tramp öz hakimiyyəti dövründə Türkiyə ilə münasibətlərin inkişafında, həmçinin müxtəlif regionlarda, o cümlədən Cənubi Qafqazda, Şərqi Avropada və Yaxın Şərqdə Türkiyə ilə koordinasiyalı hərəkətdə, habelə NATO daxilində əməkdaşlıqda maraqlıdır”.

Siyasi şərhçi, həmçinin Ankara-Vaşinqton əməkadaşlığının yaradacağı müsbət nəticələri vurğulayıb:

“Eyni zamanda Türkiyə də başa düşür ki, indiki həssas məqamda ABŞ-nin köməyinə ehtiyacı var. Çünki bəzi məsələlərin öhdəsindən Türkiyə tək başına gələ bilmir. Məsələn, Türkiyə nə qədər cəhd etsə də, Rusiya-Ukrayna müharibəsini dayandıra bilmədi. Ümid var ki, Trampın hakimiyyəti dövründə hər iki tərəf, yəni Ankara və Vaşinqton birlikdə müharibəni dayandırmağa nail olacaqlar.

Məhz Ankara və Vaşinqtonun əməkdaşlığı nəticəsində Yaxın Şərqdəki müharibənin də dayandırılması mümkündür. Bu baxımdan düşünürəm ki, ABŞ-nin yeni hakimiyyəti Türkiyə ilə ciddi şəkildə əməkdaşlıq edəcək və bu əməkdaşlıq gərginliklərin azaldılması istiqamətində özünü həm Yaxın Şərq, həm Şərqi Avropa, həm də Cənubi Qafqaz regionunda göstərəcək”.

Müsahibimiz ABŞ-Türkiyə münasibətləri fonunda Qəzza ilə bağlı proqnozlarını da qeyd edib: 

“Qəzza ilə bağlı məsələyə gəldikdə isə Türkiyə təbii ki, bu müharibənin dayandırılmasında xüsusilə maraqlıdır. Türkiyə ümid edir ki, Tramp İsraillə münasibətlərində müəyyən redaktələr edəcək və İsraili daha böyük hücumlar etməkdən çəkindirməyə nail olacaq.  Baxmayaraq ki, Tramp Rusiyaya qarşı daha loyal siyasətçi olsa da, İranın bir nömrəli düşməni də elə Trampın özüdür.

Bildiyimiz kimi, Respublikaçılar Rusiyaya qarşı loyal, İrana qarşı radikal siyasət sərgiləyir, Demokratlar isə bunun  əksinədir. Bu baxımdan mən hətta ehtimal edirəm ki, Tramp İsrail və İran arasında gərginliyin artmasına və müharibə səviyyəsinə çatmasına rəvac verə bilər. Ehtimal edirəm ki, Qəzzadakı müharibənin dayandırılması məsələsinin əsası qarşıdakı günlərdə məhz Cozef Bayden Administrasiyası tərəfindən qoyulacaq.

Qarşıdakı bir həftə, on gün ərzində ciddi nəticələrin əldə olunması və hətta Qəzzada atəşkəs elan olunacağı gözləniləndir. Qeyd etdiyim kimi, Tramp Şərqi Avropadakı müharibənin ən qısa zamanda dayandırılmasına bütün gücünü sərf edərək diqqəti Yaxın Şərqə yönəldəcək və İsraildən İrana qarşı istifadə etməyə çalışacaq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir