Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Turan Tovuz” – “Sabah” matçında bədbəxt hadisə baş verib.
Xeber4.az “İdmanxeber.az”a istinadən xəbər verir ki, oyunun 22-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Denis Marandiçi rəqibinin hücumunun qarşını alamaq istəyərkən ayağı sınıb.
Hadisə nəticəsində “Sabah”ın hücumçusu Pavol Şafranko ilə mübarizədə ayağına zərbə alan moldovalı müdafiəçi Marandiçi meydandan təcili tibbi yardım maşını ilə çıxarılıb.
Qeyd edək ki, Denis Marandiçinin yerinə meydana İsmayıl Zülfüqarlı daxil olub.