IMG-20250211-WA0001

ABŞ prezidenti Donald Tramp fələstinlilərin taleyi barədə şok açıqlama verib.

Xeber4.azBBC“yə istinadən xəbər verir ki, Tramp “Fox News”a açıqlamasında Qəzza zolağının ələ keçirilməsi və yenidən qurulması planının çərçivəsində qonşu ölkələrə köçürüləcək iki milyon fələstinlinin geri qayıtmaq hüququna malik olmayacağını bildirib.

Xatırladaq ki, Tramp Qəzzadakı fələstinlilər üçün “icmaların” quracağını söyləmişdi. Lakin onun açıqlamasına görə fələstinlilər öz torpaqlarına geri qayıda bilməyəcəklər.

“Fələstinlilərin Qəzzaya qayıtmaq hüququ olmayacaq, çünki onların həyatları başqa yerlərdə daha yaxşı olacaq”,-deyə prezident vurğulayıb.

BMT-dən Trampın açıqlamasına reaksiya:

Birləşmiş Millətlər Təşkilatı mülki əhalinin işğal olunmuş ərazilərdən məcburi köçürülməsinin beynəlxalq hüquqda qadağan olduğunu və bunun “etnik təmizlənmə”yə bərabər olduğunu qeyd edib.

İsrailin baş naziri Benyamin Netanyahu Trampın açıqlamasını yüksək qiymətləndirib: 

“Prezident Tramp tamamilə fərqli, İsrail dövləti üçün daha yaxşı və yaradıcı baxışla gəldi. O, bunu həyata keçirməkdə çox qərarlıdır. Bu da bizim qarşımızda bir çox imkanlar açır”.

Fələstin muxtariyyətinin Xarici İşlər Nazirliyi isə bütün bunlara sərt cavab verib:

“Torpaqlarımız və xalqımızın hüquqları satış, mübadilə və ya sövdələşmə üçün deyil. İsrail hökuməti və Baş nazir Netanyahu xalqımıza qarşı törətdikləri soyqırım, məcburi köçkünlük və ilhaq cinayətlərini ört-basdır etməyə çalışır”, – deyə bildirib.

Onu da vurğulayaq ki, fələstinlilər 1948-ci ildə İsrail dövlətinin yaradılmasından sonra baş verən müharibədən əvvəl və müharibə zamanı yüz minlərlə insanın qaçdığı və ya evlərindən qovulduğu Nəkbənin, o cümlədən “fəlakətin” təkrarlanmasından qorxurlar.

Qeyd edək ki, 2023-cü il 7 oktyabr tarixində başlayan İsrail-HƏMAS  müharibə nəticəsində, ümümlikdə 48200-dən çox insan həlak olub.

Hazırda isə tərəflər atəşkəs vəziyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir