AP_20060079968201-pic4_zoom-1500x1500-84248-1024x576

ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı yenidən sui-qəsdə cəhd edilib.

Xeber4.az “BBC“yə istinadən xəbər verir ki, hadisə Trampın Floridakı iqamətgahı, Trump International Golf Club-da baş verib.

Belə ki, Trampdan 300-500 metr məsafə aralığında atışma baş verib. Hadisə nəticəsində isə Tramp təhlükəsiz yerə aparılıb. Daha sonra ərazidən odlu silah, GoPro kamerası, kürək çantaları tapılıb.

Şahidlərin dediklərinə görə, şüphəli “Nissan” markalı avtomobillə hadisə yerindən uzaqlaşmağa çalışsa da, tutulub.

ABŞ prezidenti Co Bayden isə Trampa qarşı edilən bu sui-qəsd cəhdini zorakalıq adlandırıb və Trampın xəsarət almamasına görə hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib.

Şüphəlinin 50 yaşlarında olan Rayan Wesley Routh olduğu bildirilib ki, o, da sosial mediada Rusiya ordusuna qarşı döyüşmək üçün Ukraynaya əcnəbi döyüşçülərin daxil edilməsi səylərində dərindən iştirak edib. Şüphəlinin oğlu isə atasının qayğıkeş və vicdanlı biri olduğunu bildirib. Lakin sui-qəsdə cəhd edən şüphəli Routh bir neçə dəfə ağır cinayətlərə görə məhkum da olub.

Onun profilində Çinin “bioloji müharibəsi” ilə bağlı iddialar və Covid-19 virusuna “hücum” kimi istinadlar, hətta Fələstin, Tayvan və Çin əleyhinə mesajlar da tapılıb.

Hal-hazırda isə şübhəlinin Şimali Karolinadakı keçmiş evində axtarışlar aparılır.

Hadisəylə bağlı Tramp isə bu ifadəni işlədib: “Məni heçnə ləngitməyəcək. Mən heçvaxt təslim olmayacağam!”.

ABŞ-də prezidentliyə namizədlikdə Trampın rəqibi olan Kamala Harris isə Trampın təhlükəsiz olduğuna görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Trampın qulağından yaralanmasına səbəb olan ilk sui-qəsd cəhdi iyulun 14-də Tomas Metyu Kruksun tərəfindən həyata keçirilmişdi.