trust

ABŞ lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya-Ukrayna mübaribəsinin sülh yolu ilə həllinə hazır olmadığını bildirib.

Xeber4az xəbər verir ki, Tramp bunu “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.

“Bu gün Ağ Evdə çox əhəmiyyətli bir görüş keçirdik. Belə bir gərginlik və təzyiq altında müzakirə olmadan başa düşülməsi mümkün olmayan çox məsələni öyrəndik. Mən başa düşdüm ki, Zelenski sülhə hazır deyil. Çünki o, hesab edir ki, bizim iştirakımız ona danışıqlarda böyük üstünlük verəcək. Mənə üstünlük lazım deyil, mənə sülh lazımdır. O, Amerika Birləşmiş Ştatlarının Oval Kabinetində hörmətsizlik nümayiş etdirdi. O, sülhə hazır olduqda geri qayıda bilər”, – ABŞ prezidenti Zelenski ilə görüşdən sonra yazıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir