ABŞ-nin keçmiş prezidenti Donald Tramp Nyu-Yorkda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
Xeber4.az “BBC“yə istinadən xəbər verir ki, Tramp görüş zamanı prezident seçilərsə, Rusiya-Ukrayna arasında sülh sazişi imzalamağa hazır olduğunu vurğulayıb və jurnalistlərə müsahibəsində bu ifadələri işlədib: “Mənim də sizin prezident Putinlə bildiyiniz kimi çox yaxşı münasibətim var və düşünürəm ki, seçkilərdə qalib gəlsək, bunu çox tez həll edəcəyik”.
Zelenski isə Trampa Rusiyanın müharibəni dayandırmalı olduğunu və Putinin qalib gələ bilməyəcəyi ilə bağlı ümumi fikirə sahib olduqlarını düşündüyünü söyləyib.
Zelenski həmçinin onunla görüşə razılıq verdiyi üçün Trampa təşəkkür edib və son görüşlərindən 5 il keçdiyini xatırladıb:
“Düşünürəm ki, bizim ümumi fikrimiz var ki, Ukraynada müharibə dayandırılmalıdır, Putin qalib gələ bilməz, Ukrayna qalib gəlməlidir və mən sizinlə bununla bağlı təfərrüatları müzakirə etmək istəyirəm”, – deyə Zelenski bildirib.
Xatırladaq ki , Tramp prezident seçkilərində qalib gəlsə, müharibəni həll edəcəyinə dair çoxdankı iddiasını təkrarlayıb.
Zelenski bazar günündə ABŞ-a səfər etsə də, onların görüşü cümə axşamı baş verib.
Prezident Zelenski görüşdən əvvəl Trampa: “Şəxsi təmasda olmağımız və bir-birimizi 100% başa düşməyimiz üçün vacibdir” adlı mesaj göndərib.
Qeyd edək ki, Zelenski Ağ Evdə ABŞ prezidenti Co Bayden və vitse-prezidenti Kamala Harrislə görüşüb. Görüş zamanı Rusiyanı müharibəni diplomatik yolla son qoymağa razılaşmağa təzyiq edəcəyini ümid etdiyin “qələbə planını” müzakirə edilib.