“Taliban” hökumətinin nümayəndə heyəti Azərbaycanda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək.
Xeber4.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Qahar Bəlxiyə istinadən məlumat yayıb.
“Əfqan hökumətinin nümayəndə heyəti Bakıda olacaq”, – XİN nümayəndəsi bildirib.
Qeyd edək ki, “Taliban” nümayəndələri ilk dəfə olaraq BMT-nin iqlim konfransına qatılacaqlar.
Xatırladaq ki, COP29 noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Konfransın əsas mövzuları enerji sahəsində texnoloji innovasiyalar və yeni nəsillər üçün təhsil, iqlim dəyişikliyi ilə mübarizədə gənclərin təşəbbüslərinin dəstəklənməsi, eləcə də ədalətli enerji keçidi olacaq.