Suriyaya müxalifət qüvvələrinin daxil olması ilə prezident Bəşər Əsədin ölkəni tərk etməsindən sonra Dəməşqin qərbində böyük bir narkotik laboratoriyası aşkar edib.
Xeber4.az “Haber Global”a istinadən xəbər verir ki, Suriyada Baas rejiminin devrilməsindən sonra ölkənin hər yerində dərman fabrikləri aşkarlanıb.
Bəşər Əsəd rejmi ABŞ və digər dövlətlər tərəfindən bütün Yaxın Şərqə yayılan amfetaminə bənzər “Captagon”adlı narkotik maddənin istehsalı və satışından qazanc əldə etməkdə ittiham olunub.
Əsəd ailəsi isə həmişə narkotik ticarəti ilə bağlılığını inkar edib.
Qeyd edək ki, sözügedən maddələrdən illik qazancının təxminən 2,4 milyard dollar olduğu təxmin edilir.