“Ukrayna ilə strateji tərəfdaşlığa ümid edirik. Çünki Suriya və Ukrayna xalqlarının taleyi və yaşadığı çətinliklər oxşardır”.
Xeber4.az “Reuters“ə istinadən xəbər verir ki, bunu Suriyanın Xarici İşlər Naziri Əssad Həsən Əş-Şibani ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşdə bildirib.
“Təbii ki, oxşar taleləri yaşayan ölkələr və xalqlar bir-biri ilə münasibətləri daha da dərinləşdirməlidir. Bizim dövlətimiz 14 ildir müharibə şəraitindədir. Buna görə də xalqımız Ukraynanın üzləşdiyi münaqişəni çox yaxşı başa düşür”, o deyib.