InShot_20240815_191223372

Sumqayıt şəhəri Nəriman Nərimanov küçəsində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Xeber4.az “Report”a istinadən xəbər verir ki, yolu keçmək istəyən piyada, 1977-ci il təvəllüdlü Radim Həsənovu avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.