Sərhədi keçərək Kursk vilayətinin Sudja şəhərinə qanunsuz daxil olan alman və ukraynalı jurnalistlərə qarşı Rusiya Federal Təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən cinayət işi açılıb.
Xeber4.az “News.Ru“ya istinadən xəbər verir ki, avqustun 17-də 7 jurnalistin: Almaniyanın “Deutsche Welle” yayım korporasiyasının müxbiri Nikolas Saymon Konolli və Ukraynanın “1+1” telekanalının müxbiri Nataliya Naqornaya, həmçinin digər jurnalistlərin Ukrayna Silahlı Qüvvələri ilə birlikdə Sudja şəhərinə qanunsuz keçməklərinə görə cinayət işi başladılıb.
FSB-nin məlumatına görə, onlar Sudja ərazisində icazəsiz videoçəkilişlər ediblər.
“Komsomolskaya Pravdav”nın müxbiri Aleksandr Kots: “Əvvəllər qərb jurnalistləri jurnalist etikasına riayət edirdilər və onlar icazə olmadan başqa ərazilərə səfər etmirdilər”,-deyə o, bildirib.
Qeyd edək ki, jurnalistlər həbs olunarsa, 5 il müddətinə qədər azadlıqdan məhrum ediləcəklər.