InShot_20240925_200739875

“SOCAR Türkiye” “İğdır” futbol klubunun forma sponsoru olub.

Xeber4.azHaber Global“a istinadən xəbər verir ki, tərəflər arasında 2024-2025 mövsümünü əhatə edən müqavilə imzalanıb.

“İğdır” kulubunda keçirilən imza mərasimində futbolçular və rəsmilərlə yanaşı, “SOCAR Türkiye”nin baş direktoru Elçin İbadov və klubun prezidenti Cantürk Alagöz iştirak ediblər.

Razılaşmaya görə “İğdır” futbol klubu bütün rəsmi matçlara SOCAR-ın loqosu olan forma ilə çıxacaq.

Görüşdə “İğdır” futbol klubunun prezidenti Cantürk Alagöz bu ifadələri işlədib:

“Qardaş ölkəmiz Azərbaycanın ən böyük enerji şirkəti və Türkiyənin ən böyük birbaşa xarici sərmayəçisi olan “SOCAR Türkiye”nin klubumuza dəstək verməsi bizi çox qürurlandırır və xoşbəxt edir. Bu dəyərli müqaviləyə görə “SOCAR Türkiye”yə təşəkkür edir və bunun hər iki tərəf üçün faydalı olmasını arzulayırıq”.