
Şirvanda iki yaşlı uşaq ikinci mərtəbədən yıxılıb.
Xeber4.az xəbər verir ki, hadisə Şirvan şəhəri, Heydər Əliyev prospektində baş verib.
Belə ki, Şirvan sakini, 2022-ci il təvəllüdlü Ə.B. binanın ikinci mərtəbəsindən yıxılaraq ağır xəsarətlər alıb.
Azyaşlı kəllə-beyin travması diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.