InShot_20250105_202638804

Ucarda sexdə yanğın olub.

Xeber4.az APA-ya istinad edərək xəbər verir ki, hadisə axşam saatlarında rayonun Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

Rayon sakini Asif Əvəz oğlu Nuruyevə məxsus ümumi sahəsi 450 kvadratmetr olan cücə sexində güclü yanğın baş verib. Yanğın zamanı 210 kvadratmetr sahə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Zərərçəkənin sözlərinə görə, 4000 cücə yanaraq tələf olub.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir