InShot_20241111_123149638

“Real Madrid” klubunun azarkeşləri Serxio Ramosun yenidən komandaya qaytarılmasını tələb ediblər.

Xeber4.az “Oxu.az”a istinadən xəbər verir ki, hazırda azad agent statusunda olan Serxio Ramos istənilən klubda çıxış edə bilər.

“Real Madrid” rəsmiləri isə ulduz müdafiəçinin mümkün keçidi ilə bağlı heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, Serxio Ramos son olaraq “Sevilya” klubunda çıxış edib.