1000104166

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Xeber4.az “APA”ya istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

Belə ki, 1956-ci il təvəllüdlü Böyükxanım İldırım qızı Rzayeva yol kənarında olarkən sərnişin avtobusu onu vurub. Qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.