InShot_20241207_134953573

Fransa kimi dövlətlər Ermənistanı Azərbaycana qarşı təhrik edən addımlar atmamalıdır.

Xeber4.az xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir:

“Bütün region dövlətləri buna müsbət yanaşmalıdır. Ermənistan öz konstitusiyasını dəyişməlidir. Sülhün əldə olunması üçün ATƏT-in keçmiş Minsk qrupunun ləğvi də vacibdir. Fransa kimi dövlətlər isə Ermənistanı ruhlandıran, Azərbaycana qarşı təhrik edən addımlar atmamalıdır”,-deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir