
Türkiyənin Dənizli vilayətinin Buldan ilçəsində lisey şagirdlərinin olduğu mikroavtobus yoldan çıxaraq aşıb.
Xeber4az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 26 nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis, yanğınsöndürmə və tibbi briqadalar göndərilib. Qəzanın səbəbləri araşdırılır.