
Sabunçu rayonunda meyiti tapılan 4 nəfərin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Xeber4az APA-ya istinadən xəbər verir ki, onların spirtdən zəhərləndiyi ehtimal olunur. İlkin məlumata görə, kimliyi məlum olmayan şəxslər bir yerdə texniki spirt qəbul edib.
Qeyd edək ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. İki qonşunun meyiti evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılanların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib-içdiyi məlum olub. Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər.
Faktla bağlı araşdırma aparılır.