![InShot_20241205_220253228](https://xeber4.az/wp-content/uploads/2024/12/InShot_20241205_220253228-1024x575.jpg)
Yasamal rayonunun İ.Qutqaşınlı küçəsində və A.Abbasov küçəsi ilə Z.Xəlilov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi məqsədilə 06.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Xeber4.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə İ.Qutqaşınlı, K.Kazımzadə, Ə.Ələkbərov, M.Rəhim və Z. Xəlilov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.