InShot_20240903_213156004

Sentyabrın 3-ü tarixində Rusiya Ukraynanın Poltava şəhərindəki hərbi instituta və digər ərazilərə ağır raket zərbələri endirib. 

Xeber4.azReuters“ə istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya iki ballestik raketlə hücumu nəticəsində azı 51 nəfər ölüb, 235 nəfər isə yaralanıb.

Poltavadakı hərbi təlim institutu vurduğuna görə həlak olanlar arasında ukraynalı hərbiçilər də olub.

Ukrayna prezidenti Volodimir Zelenski hücumla bağlı bildirib ki, “Rusiya mütləq bu zərbəyə görə cavab verəcək”.

Prezident Volodimir Zelenskinin həyat yoldaşı Olena Zelenski “X” sosial şəbəkəsində Rusiyanın hücumu ilə bağlı bu ifadələri işlədib: ” Bu, bütün Ukrayna üçün faciədir. Düşmən təhsil müəssisəsini və xəstəxananın vurdu”.

Ukrayna Müdafiə Nazirilinin verdiyi məlumata görə, vurulan institutun altında çoxlu sayda insan qalıb. Hazırda isə xilasetmə işləri davam

Böyük Britaniya hökuməti Rusiyanın bu təcavüzkar aktını pisləyib. Britaniyanın Xarici İşlər Naziri David Lammy: “Biz Ukrayananın yanındayıq”,-deyərək o, mövqeyini bildirib.

Almaniya höküməti isə Vladimir Putinin qəddarlığı hüdud tanımadığını söyləyib.

Almaniya Xarici İşlər Naziri Annalena Baerbok: “Putin məsuliyyətə cəlb olunmalıdır”.

Qeyd edək ki, iddiaya görə raket zərbəsi zamanı Ukraynanın hərbi institutunda parad keçirilibmiş. Lakin, “BBC“dən verilən məlumata görə, raket hücumu olmamışdan bir neçə dəqiqə əvvəl həyəcan siqnalı çalınıb və hərkəs sığınacağa getməyə çalışıb. Həyəcan siqnalından bir neçə dəqiqə sonra isə partlayışlar baş verib.

Mənbə: Reuters; BBC

Ukraynanın Poltava şəhəri