
Azərbaycan vətəndaşı Rusiyanın Həştərxan vilayətində yeniyetməni avtomobillə vuraraq öldürüb.
Xeber4.az “Lent.az“a istinadən xəbər verir ki, avtomobili idarə edən 18 yaşlı gənc piyada keçidində 15 yaşlı Axtubinsk sakinini vurub. Daha sonra o, hadisə yerindən uzaqlaşıb.
Hadisə nəticəsində yeniyetmə xəstəxanaya aparılsa da, aldığı bədən xəsarətlərindən reanimasiyada dünyasını dəyişib.
Qeyd edək ki, hadisəni törədən 18 yaşlı sürücü saxlanaraq, haqqında cinayət işi açılıb.