
Rusiya və ABŞ diplomatları sabah İstanbulda görüşəcək.
Xeber4az Reuters- ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov Ukrayna müharibəsinə son qoymaq üçün həlledici hesab etdikləri daha geniş dialoqun bir hissəsini təşkil edən ikitərəfli mübahisələrin həlli ilə bağlı danışıqlar aparılacağını bildirib.
O qeyd edib ki, danışıqlarda ABŞ-dakı rus diplomatları və onların Rusiyadakı amerikalı həmkarları üçün daha yaxşı şəraitin yaradılmasına diqqət yetiriləcək.
“Yüksək səviyyəli diplomatlarımız, ekspertlərimiz görüşəcək və Rusiya səfirliyinin fəaliyyətinə süni maneələr yaratmaq üçün əvvəlki administrasiyanın (Cozef Bayden Administrasiyası) qeyri-qanuni fəaliyyəti nəticəsində toplanmış sistemli problemləri nəzərdən keçirəcəklər”.- nazir deyib.