Azərbaycanda 2024-cü ilin ən yaxşı futbol məşqçisi seçilən Qurban Qurbanovun mükafatlandırma mərasimi keçirilib.
Xeber4.az xəbər verir ki, “CanSports”un təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.
Qurban Qurbanova mükafatı komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.
Qeyd edək ki, Qurban Qurbanov 14-cü dəfə ilin ən yaxşı məşqçisi seçilib.