“Qərbin anti-Rusiya sanksiyaları heç bir effekt vermədi, dünyanın Rusiyaya ehtiyacı var”.
Xeber4.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday disskusiya klubunun plenar iclasında çıxışında deyib.
O, qeyd edib ki, Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərin tarixdə analoqu yoxdur.
“Dünyanın Rusiyaya ehtiyacı var! Və nə Vaşinqtonun, nə də Brüssel rəhbərlərinin heç bir qərarı bunu dəyişə bilməz”, – Putin vurğulayıb.