InShot_20241027_152032716

“Qəbələ”nin futbolçusu komandadan qovulub.

Xeber4.az “İdmanxeber.az”a istinadən xəbər verir ki, Baş məşqçi Kaxaber Tsxadadze futbolçu Mehrac Baxşalını intizamsız davranışına görə komandadan qovub.

Hadisə Azərbaycan I Liqasının III turu çərçivəsində keçirilən “Mingəçevir” görüşündən (2:0) sonra baş verib.

Belə ki, Mehrac Baxşalı “Qəbələ”nin qalib gəldiyi oyun bitər-bitməz soyunub-geyinmə otağına yollanaraq, komandanın  qalibiyyət sevincinə qatılmayıb.

Mehrac həmçinin Tsxadadzenin oyun sonrası paltardəyişmə otağındakı iclasında da iştirak etməyib. Bu səbəbdən də baş məsqçi onu komandadan uzaqlaşdırıb.

Onu da qeyd edək ki, futbolçunun “Qəbələ” ilə gələn mövsümün sonuna qədər sözləşməsi də var idi.