
Qəbələdə səhər saatlarında ağır yol-nəqliyyat qəzası baş verib.
Xeber4.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, oktyabrın 27-də Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində VAZ-2115 markalı avtomobil yolun kənarında olan “Ford” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində VAZ-ın sürücüsü, 1988-ci il təvəllüdlü Kamil Ağaquluyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. 35 yaşlı sərnişin Rusif Kərimov isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.