Çindən sonra Qazaxıstanda da metapnevmovirus infeksiyasına yoluxma halları qeydə alınıb.
Xeber4.az “Report”a istinad edərək xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti teleqramda məlumat yayıb.
Məlumata görə, epidemiya başlayandan 8360 xəstəlik halı aşkarlanıb ki, onlardan 30 nəfəri metapnevmovirusa yoluxub.
Bundan başqa, oktyabrın 1-dən Qazaxıstanda ümumilikdə 2.002.335 respirator viruslar ARVI və 941 laborator təsdiqlənmiş qrip hadisəsi qeydə alınıb.