
Ağsuda mübahisə qanla bitib.
Xeber4.az APA-a istinadən xəbər verir ki, dünən axşam radələrində Qalib Fərzalıyev yeznəsi İlqar Şirinova qayçı ilə zərbələr endirərək ona ağır xəsarətlər yetirib.
Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Q.Fərzəliyev saxlanılıb və müvafiq ekspertiza təyin olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir